SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan şahmatının Böyük günü!

Avropa Çempionatında möhtəşəm nəticə

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıb. Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq öz yaş kateqoriyalarında qızıl medala layiq görülüb.

18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə edib.

12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub.

Beləliklə Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdır.

Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.
#AzeChessскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss