Ötən ay Rumıniyada keçirilmiş və şahmatçılarımızın möhtəşəm çıxışı ilə yadda qalan yeniyetmələrin Avropa çempionatında uğur qazanmış yeniyetmə idmançılarımız nazirin qəbulunda olublar.
Chess.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən qəbul olunan şahmatçılarla görüşdə, AŞF prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov və Rumıniyada şahmatçmılarımızın yanlarında olmuş məşqçi Fəriq Abbasov da iştirak ediblər.
Xatırladq ki, Mamaya şəhərində keçirilmiş qitə birinciliyində şahmatçılarımız 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmaqla, ümumi hesabda 46 ölkəni qabaqlayaraq medal sayına görə birinci olmuşdurlar.
