İtaliyanın Sardiniya adasında 20 yaşadək şahmatçılar arasında Rapid və Blits üzrə dünya çempionatlarına yekun vuruldu.
Sevindirici haldır ki, bu çempionat Azərbaycan üçün tarixi nəticələrlə yadda qalacaq. Belə ki, Gövhər Beydullayeva Rapid üzrə Dünya çempionu olmaqla yanaşı, Blitz yarışında dünya çempionatının bürünc medalını qazandı. DÇ-da digər iştirakçımız Məhəmmməd Muradlı isə, Blitz üzrə Dünya çempionu adını qazndı.
Azərbaycanın hərbi və siyası meydanlarda qazandığı parlaq qələbələrinin fonunda idmançılarımız və xüsusilə də şahmatçılarımız xalqımızın sevincinə sevinc qatdı.
Xatırladaq ki, bu Gövhər Beydullayeva üçün ikinci belə böyük uğurdur. Gövhər ötən il elə həmin adada şahmat klassik növü üzrə 20 yaşadək şahmatçılar arasında Dünya çempionu adını qazanmışdır.
