SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FIDE Grand Swiss 2023" : Fətəliyeva liderlər qrupuna yaxınlaşır (CANLI)

Böyük Britaniyaya aid olan Men adasında "İddiaçılar turnirinə" vəsiqə verən "FIDE Grand Swiss 2023" şahmat superturniri davam edir.

CANLI (kişilər)
CANLI (qadınlar)

    Chess.az xəbər verir ki, həm kişilərin həm də qadınların yarışında "İddiaçılar turnirinə" iki vəsiqə verəcək yarışın artıq altıncı turun oyunları arxada qaldı.


     Ölkəmizi bu mötəbər turnirdə yeddi şahmatçı təmsil edir. Bunlar kişilərin turnirində Nicat Abasov, Aydın Süleymanlı, Rauf MəmmədovVasif Durarbəyli, qadınların turnirində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva  və  Gövhər Beydullayevadır.  Keçirilmiş altı turdan sonra şahmatçılarımızın arasında ən yaxşı nəticəyə hələ ki, Ülviyyə Fətəliyeva malikdir. Ülviyyə 4 xalla turnir cədvəlinin 6-13-cü pillələrini bölüşür. Eyni turnirdə mübarizə aparan Günay Məmmədzadə 3.5 xalla 19-cu, Gövhər Beydullayeva isə 2.5 xalla 32-ci pillələrdə qərarlaşıblar. 

    Kişilərin yarışında mübarizə aparan Aydın Süleymanlı altı oyundan sonra 3.5 xalla 28-ci, aktivlərində 3 xalları olan Vasif Durarbəyli, Nicat Abasov və Rauf Məmmədov isə yarış cədvəlinin 47-72-ci pillələrini bölüşürlər. 

    Sabah Bakı vaxtı ilə saat 19:00-da yeddinci turun oyunlarına start veriləcək. Qeyd edək ki, adından da bəlli olduğu kimi, turnir İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət oladcaq. "FIDE Grand Swiss 2023" şahmat turnirinin ümumi mükafat fondu isə 600 000 ABŞ dolları təşkil edir. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss