Çernoqoriyanın Budva şəhərində kişi və qadın şahmatçılar arasında komanda Avropa çempionatı davam edir.
CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)
Chess.az xəbər verir ki, ilk turda gözlənilmədən Danimarkaya məğlub olan kişilərdən ibarət komandamız, dünən Slovakiya yığmasını 2.5:1.5 hesabı ilə məğlub edərək cari Avropa çempionatında ilk qələbəsini qazandı.
Qadınlarda ibarət komandamızın işləri isə daha yaxşı gedir. Qızlarımız ilk turda Sloveniya yığmasını, dünən isə Nederland komandasını məğlub edərək, 100%-lik nəticə ilə liderlər qrupunda qərarlaşıb.
Bu gün qızlarımız güclü Polşa kollektivi ilə, kişilərdən ibarət yığma komandamız isə İsveçlə qarşılaşacaqlar.
