Bu gün İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşlı qız və oğlanlar arasında şahmat üzrə dünya birinciliyinə start veriləcək.
CANLI
Chess.az xəbər verir ki, çempionatda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizəyə qoşulacaq. DÇ-da Azərbaycanı oğlanların yarışında Şiroğlan Talıbov, Aqil İsrailov, Hüseyn Seyid, Rüstəm Rüstəmov, Tunar Davudov, Ziya Həsənli, qızların turnirində isə, Ayan Allahverdiyeva, Səmra Qasımova, Nurtən Nuriyeva, Selcan İsmayıl və Lalə Hüseynova təmsil edəcəklər. Azərbaycan şahmatçılarından ibarət komandalara məşqçi Fərid Abbasov rəhbərlik edəcək.
