SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Şah & Mat” şahmat akademiyasının açılışı oldu

Bakıda “Şah & Mat” yeni şahmat klubu fəaliyyətə başlayıb.

  Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov, tanınmış şahmatçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

   Açılış mərasimində çıxış edən klubun rəhbəri, Əməkdar məşqçi Anar Allahverdiyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılarımızın, o cümlədən şahmatçılarımız beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. Anar Allahverdiyev klubun perspektivləri və hədəfləri barədə qonaqlara məlumat verib.

   AŞF prezidenti Mahir Məmmədov klubun fəaliyyətə başlamasını yüksək qiymətləndirərək bildirib ki, bu şahmat məktəbi yeni istedadların üzə çıxmasına böyü töhfələr verəcək. Akademiyanın təsisçiləri Azərbaycan şahmatının aparıcı simaları olmaq yanaşı, ölkədə idmanın bu növünün inkişafında xüsusi çəkiyə və önəmə malik insanlardır. “Şah & Mat” akademiyası qısa bir zamanda ölkə şahmatına yeni adlar qazandıracaq. Çünki burada peşəkarlardan ibarət komanda çalışır.
Əməkdar məşqçi Xanlar Allahverdiyev çıxış edərək Azərbaycan şahmatında əldə olunan nailiyyətlərdən danışıb, klubun gələcəkdə milli komandalara perspektivli idmançılar bəxş edəcəyinə inandığını diqqətə çatdırıb, “Şah & Mat”a fəaliyyətində uğurlar arzulayıb.

  Ünvan : Bakı şəhəri. 8-ci mikrarayon, Şövkət Məmmədova küçəsi 9C (Azadlıq prospekti stansiyasının yaxınlığı)
  Telefon: 050-239-10-39

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss