Növbəti Rapid və Blits üzrə Dünya Çempionatının tarixi və yeri müəyyənləşdi.
Chess.az xəbər verir ki, növbəti çempionat Özbəkistanın qədim şəhəri olan Səmərqənddə keçiriləcək. Dünya birinciliyi 26-30 dekabr tarixlərində baş tutacaq.
Beş gün davam edəcək yarış Open və qadınlar arasında oynanılacaq. DÇ-da dünyanın şahmat elitasının tam tərkibdə iştirak etməsi gözlənilir.
