SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yığmamızın uğurlu çıxışı davam edir! (CANLI YAYIM)

Çernoqoriyanın Budva şəhərində kişi və qadın şahmatçılar arasında komanda Avropa çempionatı davam edir.



CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)

  Chess.az xəbər verir ki, dünən keçirilən üçüncü tur hər iki komandamız üçün uğurlu alındı. Kişilərdən ibarət yığmamız dünən İsveç komandasını məğlub etdi (3.5:0.5). Qazanılan bu qələbə sayəsində yığmamız startdakı məğlubiyyəti unudub zirvəyə iddialı kollektiv olmaqlarını bir daha sübut etdilər.  Azərbaycan komandası keçirilmiş 3 turdan sonra 4 xalla hazırda 7-17-ci pillələri bölüşür. Bu gün komandamız Xorvatiya yığması ilə qarşılaşacaq.

   Qadınlardan ibarət komandamızın işləri isə daha yaxşı gedir desək yanılmarıq. Dünən Avro 2023-ün ən güclü kollektivlərindən biri hesab olunan Polşa yığmasını 3:1 hesabı ilə məğlub edən qızlarımız, qızıl medallara doğru daha bir ciddi addım atmış oldu.. Qadınlardan ibarət yığma komandamız hazırda aktivlərində 6 xalla Fransa yığması ilə bərabər zirvəni bölüşürlər. Onu da qeyd edək ki, bu gün yığmamaız məhz Fransa yığması ilə üz-üzə gələcək.


  Dördüncü turun partiyaları bu gün Bakı vaxtı ilə saat 18:15-də start götürəcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss