SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan yığması Budvada tarix yazır ! (CANLI)

Çernoqoriyanın Budva şəhərində keçirilən kişi və qadın şahmatçılar arasında komanda Avropa çempionatının beşinci turu arxada qaldı.

CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)

  Chess.az xəbər verir ki, dünən keçirilən beşinci tur  hər iki komandamız üçün uğurlu alındı. Kişilərdən ibarət yığmamız ev sahibi Çenoqoriyanı 3:1 hesabı ilə üstələdi. Qazanılıan qələbə sayəsində xallarını 6-ya çatdıran komandamız hazırda turnir cədvəlinin 9-17-ci pillələri bölüşür.  Altıncı turda yığmamızın rəqibi Yunanıstan komandası olacaq. 


   Qadınlardan ibarət komandamız isə, dünən güclü Almaniya kollektivindən üstün oldu.  2.5:1.5 hesabı ilə qazanılan qələbə sayəsində qızlarımız Avro 2023-ün sonuna dörd tur qalmış qızıl medallar uğrunda əsas namizəd kimi mübarizəni davam etdirdi. Qadınlardan ibarət yığma komandamız hazırda 9 xalla Fransa yığması ilə bərabər zirvəni bölüşürlər. Onları 8 xalla Bolqarıstan yığması izləyir. Bu gün Avropa çempionatında istirahət günüdür. Sabah isə qızlarımızın rəqibi məhz qızıl uğrunda mübarizədən qopmamağa çalışan Bolqarıstan kollektivi olacaq. Yığmamızla zirvəni bölüşən Fransa yığması isə çempionatın reytinq favoriti olan güclü Gürcüstan yığması ilə üz-üzə gələcək. Fransızların mümkün xal itkisi və komandamızın bolqarlara qarşı matçda uğurlu çıxış edəcəyi təqdirdə Azərbaycan AÇ-nın sonuna üç tur qalmış vahid liderə çevrilə bilər.    

  Altıncı turun partiyaları noyabrın 17-si Bakı vaxtı ilə saat 18:15-də start götürəcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss