SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Teymur və onun komandası"nın fiaskosunun fonunda, qızlarımızın "Qızıl" şansı (CANLI YAYIM)

Bu gün Çernoqoriyanın Budva şəhərində kişi və qadın şahmatçılar arasında komanda Avropa çempionatına yekun vurulacaq.



CANLI (QADINLAR)
CANLI (KİŞİLƏR)

    Sössüz ki, son oyun günündə azərbaycanlı şahmatsevərlərin diqqəti qadınlardan ibarət yığma komandamızın oyununa yönəlcək. Bəli, məhz qızlarımız son tur öncəsi tarixi nəticəyə imza atıb, ilk dəfə Avropa çempionu olmaq şanslarını özlərində saxlayıblar.  Azərbaycan komandası hazırda 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qızlarımızı lider Bolqarıstan yığmasından cəmi bir xal ayırır. Təəsüf ki, yığmamız çempionatın gedişində aldıqları yeganə məğlubiyyəti məhz bolqarlardan almışdırlar. Həmin məğlubiyyət yekunda bolqarlarla eyni xala malik olacağımız təqdirdə üstünlüyü qarşı tərəfə verəcək. Məhz buna görə, bu gün bizə Avropa çempionu olmağımız üçün öncə Bolqarıstanın məğlubiyyətini arzulamaq lazımdır. Özü də bu o qədər də mümkünsüz görünmür.  Bolqarlar bu gün yarışın reytinq favoriti olan güclü Gürcüstan yığması ilə üz-üzə gələcək. Təbii ki, Avropa çempionu olmağımız üçün bizə təkcə bolqarların məğlubiyyəti bəs etmir. Əsas rəqibimizin uğursuzluğu ilə bərabər, Azərbaycan komandası özü son turda qələbə qazanmalıdır. Qızlarımızın həlledici qarşılaşmada rəqibi hələ də bürünc medallara iddialı olan Serbiya yığması olacaq. Serblərin də son tur öncəsi medallara iddialı olmaqları, onların qızlarımızla matçı olduqca həyacanlı və gərgin keçəcəyini indidən söyləmək çətin deyil. Azərbaycan yığması üçün tarixi ola biləcək matç bu gün Bakı vaxtı ilə saat 18:15-də start götürəcək. 


  Təəsüf ki, Avro-nun son gününə heç bir iddiası qalmayan yığmaların sərasında kişilərdən ibarət Azərbacan yığma komandasının da  adı var. Çernoqoriyaya reytinq favorit qismində yollanan və orada əsl fiasko yaşayan "Teymur və onun komandası", son tur öncəsi turnir cədvəlinin 18-20-ci pillələrini bölüşür. Niyə məhz Teymurun adını xüsus qeyd edirik? Çünki məhz Rəcəbov Avropa çempionatında komandamızın uğurusuz çıxışında əsas pay sahibi oldu. Teymur Rəcəbov keçirdiyi altı partiyanın heç birində qalib gəlməyərək (4 heç-heçə, 2 məğlubiyyət), yığmamızın gücündən xeyli zəif çıxış etməsində böyük rol oynadı. Özü də Rəcəbovun qarşılaşdığı rəqiblər də onun dişinə görə idi desək, yanılmarıq. Rəcəbov özündən 240 ELO xalı geridə olan moldovalı İvan Şitko (2503), slovak Jergus Peçaçla (2580), danimarkalı Yonas Byerre (2633) və isveçli Nils Qrandeliusla (2688) xallarını bölüb. Xorvat İvan Sariç (2659) və yunanıstanlı Nikolos Teodoruya (2613) isə məğlub olub. Gördüyünüz kimi Teymur səviyyəsində olan bir şahmatçı bu altı partiyadan 2 xal yox, minumum 4-5 xalla ayrılmalı idi. Belə olacağı halda isə təbii ki, yığmamız da daha da üst sıralarda qərarlaşardı və bəlkə də bu gün Avro-nun medalları uğrunda mübarizə aparardı. Təəssüf.... 

  Ümid edək ki, bu gün qızlarımız Avropa çempionu olub, kişi komandamızın bu uğursuzluğunu az da ola unutdurmağa bacarar.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss