SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karuana mərhələ yarışının qalibi oldu

Ötən gün "Grand Chess Tour" şahmat superseriyasının mərhələ yarışı olan "Saint Louis Rapid and Blitz" şahmat turnirinə yekun vuruldu.

  Chess.az xəbər verir ki, ABŞ-nın Sent Lyuis şəhərində keçirilən yarışın qalibi yerli şahmatçı, Fabiano Karuana oldu. Fabi son turda ən yaxın izləyicisi olan fransız Maksim Vaşye-Laqrafla bərabərə qalaraq, sonda ilk pillənin sahibi oldu.

   Bu qələbə Fabianoya sevincdən başqa, seriyanın ümumi hesabına 13 xal və 40 000 ABŞ dolları məbləğndə pul mükafatını da qazandırdı. Fransa şahmatçısı Maksim Vaşye-Laqraf turnirin ikincisi, FİDE bayrağı altında çıxış edən rus Yan Nepomnyaşiy isə üçüncüsü oldu. 
 
  Xatırladaq ki, "Grand Chess Tour" un builki seriyasına azərbaycanlı şahmatçılar dəvət edilməyib.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss