SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gümüş rəngli qızlarımız

Dünən axşam saatlarında Çernoqoriyanın Budva şəhərində kişi və qadın şahmatçılar arasında komanda Avropa çempionatına yekun vuruldu.

    Chess.az xəbər verir ki, qitə birinciliyinin ilk turlarından liderlər sırasında yer alan qadınlardan ibarət yığma komandamız sonda medalsız qalmadı. Son turda Serbiya üzərində 3:1-lik qələbə qazanan qızlarımız AÇ-nı ikinci pillədə başa vurdu. Avropa çempionu isə son turda Gürcüstan komandasını üstələyən Bolqarıstan kollektivi oldu. Ukrayna yığması çempionatı üçüncü pillədə bitirdi. 


    Xatırtladaq ki, qadınlardan ibarət yığma komandamızda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova Xanım Balacayeva çıxış edirdilər. 

    Kişilərdən ibarət yığma komandamızın AÇ-da çıxışı isə, tamam ayrı söhbətin mövzusudur.....скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss