SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rapid və Blitz üzrə Azərbaycan çempionatı start götürür

24-29 noyabr tarixlərində Bakıda şahmatın Rapid və Blitz növləri üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək.

  Chess.az xəbər verir ki, AŞF-nın mənzil-qərargahında baş tutacaq yarışlar kişi və qadınlar arasında olmaqla iki turnirdən ibarət olacaq. Mübarizəyə öncə kişilər başlayacaq. Noyabrın 24 və 25-i Rapid, noyabrın 26-da isə Blitz üzrə ölkə birincilikləri baş tutacaq. Bir gün sonra isə, mübarizəyə xanımlar qoşulacaq. 

  Azərbaycan çempionatı bu ilin dekabrında Özbəkistanın Səmərqənd şəhərində baş tutacaq Rapid və Blitz üzrə  dünya çempionatlarına yollanacaq şahmatçıları müəyyənləşdirmək üçün seçmə mərhələ xarakterini daşıyacaq. Reqlamentə əsasən həm kişilərin, həm də qadınların turnirində ümumi hesabda ilk üç yeri tutacaq şahmatçılar  Azərbaycanı dünya çempionatında təmsil etmək hüququnu əldə edəcəklər.

 Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 8 000 manat təşkil edəcək. Bu məbləğin 5 000-i kişilərin,  3 000-i isə qadınların turnirində oynanılacaq. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss