SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Qədir və Abdulla Azərbaycan çempionu oldular!

Bakıda şahmatın Rapid və Blitz növləri üzrə növbəti Azərbaycan çempionatları davam edir.

  Chess.az xəbər verir ki, AŞF-nın mənzil-qərargahında keçirilən ölkə birinciliyində dünən kişilərin yarışına yekun vurulub. Belə ki, Rapid yarışında çempionluğu Qədir Hüseynov bayram edib. Kənan Qarayev ikinci, Xəzər Babazadə isə Azərbaycan çempionatının üçüncüsü olmuşdurlar.  Blitz turnirində isə Abdulla Qədimbəyli ölkə çempionu adını qazandı. Vüqar Manafov ikinci, Qədir Hüseynov isə üçüncü olmuşdurlar. Bu gün qadınların yarışına start veriləcək. 

  Xatırladaq ki, Azərbaycan çempionatı bu ilin dekabrında Özbəkistanın Səmərqənd şəhərində baş tutacaq Rapid və Blitz üzrə  dünya çempionatlarına yollanacaq şahmatçıları müəyyənləşdirmək üçün seçmə mərhələ xarakterini daşıyır. 

 Çempionatın ümumi mükafat fondu isə 8 000 manat təşkil edəcək. Bu məbləğin 5 000-i kişilərin, 3 000-i isə qadınların turnirlərində oynanılacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss