SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ləman Hacıyeva və Türkan Məmmədyarova Azərbaycan çempionu oldular !

Bu gün Bakıda qadınlar arasında şahmatın Rapid və Blitz növləri üzrə növbəti Azərbaycan çempionatlarına yekun vuruldu.

  Chess.az xəbər verir ki, 27-28 noybar tarixlərində keçirilmiş Rapid üzrə ölkə birinciliyinin qalibi gənc Ləman Hacıyeva oldu. Xəyalə Abdulla ikinci, bu yaxınlarda İtaliyada 18 yaşadək qızlar arasında Dünya çempionu olmuş Ayan Allahverdiyeva isə üçüncü olublar. 


 Bu gün başa çatmış Blitz turnirinin qalibi isə, təcrübəli şahmatçımız Türkan Məmmədyarova oldu. Blitz yarışında ölkə birinciliyinin gümüş medalı Ayan Allahverdiyevaya, bürünc isə Xəyalə Abdullaya qismət oldu. 

  Xatırladaq ki, Azərbaycan çempionatı bu ilin dekabrında Özbəkistanın Səmərqənd şəhərində baş tutacaq Rapid və Blitz üzrə  dünya çempionatlarına yollanacaq şahmatçıları müəyyənləşdirmək üçün seçmə mərhələ xarakterini daşıyır.


Onu da xatırladaq ki, qadınların yarışından öncə kişilərin yarışı keirilmişdir. Kişilərin Rapid yarışında çempionluğu Qədir Hüseynov,  blitz turnirində isə Abdulla Qədimbəyli qazanıblar.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss