SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nicat Abasov : "Altıncı turdan sonra biz ümumiyyətlə demək olar ki, medallar uğrunda mübarizə aparmırdıq"

Kişilərdən ibarət yığma komandamızın üzvü Nicat Abasov ötən ay Çernoqoriyanın Budva şəhərində başa çatmış komandalar arasında Avropa çempionatında özünün və komandasının uğursuz çıxışını şərh edib.

   Azerisport.com saytına verdiyi müsahibəsində, Abasov hazırlıq prossesində və təqvimin təyin edilməsində ciddi səhvlərə yol verdiyini qeyd edərək, AÇ-da altıncı turdan sonra yığmamızın ümumiyyətlə medallar uğrunda mübarizə aparmadıqlarını qeyd edib: "Bizim yığma komanda hər zaman medallar uğrunda mübarizə aparırdı. Təəssüf ki, bu dəfə bəxt bizdən elə yarışın startından üz döndərdi. Danimarkaya qarşı keçirdiyimiz ilk tur qarşılaşmasında Şəhriyar Məmmədyarov təmiz uduşlu vəziyyətdə ciddi səhvə yol verdi. Bunun nəticəsində matçda vəziyyət bərabərləşdi. Daha sonra Məmmədyarov komandasının qələbəsi üçün riskə gedib. Bu riskin nəticəsi isə hamıya məlumdur. Eyni vəziyyət Xorvatiyaya qarşı keçirdiyimiz dördüncü tur qarşılaşmasında da baş verdi. Təmiz uduşlu vəziyyətdə mən qələbə gedişini tapa bilmədim və nəticədə komandam məğlub oldu. Bu nəticələr bizi ruhdan saldı. Altıncı turdan sonra biz ümumiyyətlə demək olar ki, medallar uğrunda mübarizə aparmırdıq. Öz oyunuma gəlincə. Mən hazırlıq prosesində bəzi səhvlərə yol verdiyimi gördüm. Mən Avropa çempionatına "Grand Swiss 2023"-dən yollanmışdım. Təqvim seçimində səhvə yol verdiyimi artıq "Grand Swiss 2023"-də anlamışdım. Mən bu iki yarışın birinə getməli idim və bu təbii ki, bu Avropa çempionatı olmalı idi. "Grand Swiss 2023"-də mənim bütün gücümü və enerjimi aldı. Orada da uğursuz çıxış etdim. Bu uğursuzluqlar mənim üçün böyük dərs oldu. Ümid edirəm ki, bundan nəticə çıxarıb növbəti yarışlara daha yaxşı hazırlaşa bilərəm"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss