SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karyakin Dünya çempionatına bu bayrağa görə getməyəcək

Noyabrın 23-də FİDE-nin verdiyi qərara əsasən Rusiya və Belarus şahmatçıların FİDE bayrağı altında çıxış etmək hüququ 2025-ci ilin yanvarın 1-dək uzadıldı. 

  Chess.az xəbər verir ki, rus və belarus şahmatçıların beynəlxalq arenada neytral bayraq altında çıxış etmək üçün icazə 2024-cü ilin yanvarın 1-d bitirdi.


   İlk gündən bu FİDE-nin bu qərarlarını pisləyən və Rusuiya-Ukrayna muharibəsi başlayandan bu tərəfə FİDE-nin heç bir yarışına qatılmayan (FİDE bayrağı altında) rus qrossmeyster Sergey Karyakin, Ali Şahmat qurumunun verdiyi son qərarını şərh edərək onları sərt tənqid edib : "Belə çıxır ki, FİDE öz anti-Rusiya siyasətini davam etdirir. Onlar idman siyasətdən kənar olmalıdır prinsipini təbliğ etmək əvəzinə, öz düşmən mövqeyində durmağa davam edirlər. Mən öz qərarımı vermişəm. Mən neytral bayraq altında çıxış etməyəcəm və öz qərarımı dəyişmək fikirim də yoxdur. Baxmayaraq ki, bəzi turnriləri çox sevirəm və onlar üçün darıxmışam. Məsələn ilin sonunda Özbəkistanda keçiriləcək Rapid və Blitz üzrə Dünya çempionatında böyük məmnuniyyətlə çıxış edərdim. Sadəcə yənə də qeyd edirəm, ora neytral bayraq altında yollanmağımı düzgün hesab etmirəm"


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss