SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Sürətli şahmat üzrə Azərbaycan çempionları bəlli oldu (YEKUN)

Xəbər verdiyimiz kimi bu həftə ərzində Bakıda şahmatın Rapid və Blitz növləri üzrə qadınlar və kişilər arasında  növbəti Azərbaycan çempionatları keçirildi. 

    Yarışlarda ayrı-ayrılıqda qələbə qazanmış şahmatçılar barəsində sizlərə məlumat vermişdik. Bu gün isə, AŞF ölkə çempionatının yekun nəticələrini açıqlayıb.


   Belə ki, kişilərin yarışında  iki turnirin cəmində 11 xal toplayan Qədir Hüseynov ölkə çempionu adının qazandı. Abdulla Qədimbəyli 9.5 xalla ikinci, yarışları 9 xalla başa vurmuş Kənan Qarayev isə üçüncü olublar.

   Qadınların nəticələrinə gəlincə, iki yarışın cəminə görə Azərbaycan çempionu adını gənc Ləman Hacıyeva qazandı. Ayan Allahverdiyeva Türkan Məmmədyarova isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. 

  Xatırladaq ki, Azərbaycan çempionatı bu ilin dekabrında Özbəkistanın Səmərqənd şəhərində baş tutacaq Rapid və Blitz üzrə  dünya çempionatlarına yollanacaq şahmatçıları müəyyənləşdirmək üçün seçmə mərhələ xarakterini daşıyırdı. Hər iki kateqoriyada ilk üç yeri tutmuş şahmatçılar (əgər reytinq normativi buna imkan verərsə)  AŞF-nın hesabına Dünya çempionatına yollanacaqlar.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss