SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE Rating List": Nicat 45, Teymur 14, Şəhriyar isə 9 pillə eniblər!

FIDE dekabr ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb.

  Chess.az xəbər verir ki, ötən ay komanda Avropa çempionatında gözlənilən oyun sərgiləməyən Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov bu uğursuzluqlarını reytinq cədvəlində də hiss ediblər. Hər iki şahmatçı ilin son reytinq cədvəlində ciddi şəkildə geriləyərək, artıq üçüncü onluqda yer alırlar.  


     Şəhriyar Məmmədyarov ötən aya nisbətən 9 pillə geriləyərək hazırda 2723 ELO xalı ilə 26-cı, Şəhriyarla eyni xala malik olan Teymur Rəcəbov isə ötən aya nisbətən 13 pillə geriləyərək 27-ci pillələrə eniblər.

    Daha böyük enişi isə Nicat Abasov yaşadı. Noyabr ayına 53-cü sırada başlayan Abasov, "Grand Swiss 2023"Avropa çempionatında uğursuz çıxışı üzündən 45 pillə!!! geriləyərək ili 98-ci pillədə bitirir! TOP 100-də qərarlaşan şahmatçılarımızdan bu ay yalnız Rauf Məmmədov irəliləyə bildi. Rauf bir ay ərzində 9 pillə irliləyərək 99-cu yerdən 90-cı pilləyə yüksəlib. 
 
  Qadın şahmatçılarımızda isə hər şey qaydasında desək yanılmarıq. Azərbaycanın ən güclü qadın şahmatçısı olan Günay Məmmədzadə bu ay 2 pillə irəliləyərək 27-ci yerə yüksəlib. TOP 100-də təmsil olunan digər şahmatçılarımızdan  Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Xanım Balacayeva (2350) 98-ci, Gülnar Məmmədova (2350) isə 99-cu pillələrdə qərarlaşıblar.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss