SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarov Bundesliqalarda uğurla çıxış etdi!

Avropa çempionatında uğursuz çıxış etmiş Şəhriyar Məmmədyarov deyəsən yavaş-yavaş özünə gəlməyə başlayır. 

 Chess.az xəbər verir ki, ötən həftə AvstriyaAlmaniya Bundesliqalarının növbəti turun qarşılaşmaları keçirildi. Hər iki liqada çıxış edən qrossmeysterimiz əslində Avstriya çempionatına heç də yaxşı başlamadı.  Şəhriyar çıxış etdiyi "ASV Linz" klubunun heyətində ikinci tur qarşılaşmaları çərçivəsində  hindistanlı Qoş Diptayana məğlub oldu. İşlərinin qaydasında getmədiyini hiss edən Məmmədyarov, növbəti iki turda istirahət götürüb və görünür ki, növbəti qarşılaşmalara çox ciddi hazırlaşıb. Məmmədyarov əvvəlcə 5-ci turda qara fiqurlarla alman Aleksandr Demçenkonu məğlub etdi. Növbəti turda isə Şah slovak Yergus Peçaçdan güclü oldu.


  Avstriyada ardıcıl iki qələbə qazanan Şəhriyar, daha sonra Avstriya Bundesliqasını Almaniya Bundesliqasına dəyişdi. Burada o əvvəlcə güclü Rasmus Svanla bərabərə qaldı. Növbəti turda isə, Məmmədyarov qara fiqurlarla İvan Çeparinovu məğlub etdi. 

 Qeyd edək ki, Məmmədyarovun Avstriyada çıxış etdiyi "ASV Linz" klubu hazırda Bundesliqada 2-5ci yerləri, Almaniya Bundesliqasında isə uzun müddətdri çıxış etdiyi "Varineym" klubu isə hazırda turnir cədvəlinin vahid olmasa da, lideridir. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss