SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vüqar Həşimov Memorialı" başlayır! (CANLI)

Bu gün Qəbələdə sayca 9-cu "Vüqar Həşimov Memorialı" şahmat superturnirinə start veriləcək. 

CANLI

  Chess.az xəbər verir ki, iştirakçılar Qəbələyə yola düşməmişdən öncə, Bakıda Vüqar Həşimovun məzarını ziyarət ediblər. Daha sonra heyət Memorealın keçiriləcəyi Qəbələ şəhərinə yola düşüb.

  Qeyd edək ki, "Vüqar Həşimov Memorialı" ilk dəfədir Qəbələdə təşkil olunur. Əvvəllər turnir mərhum qrossmeysterimiz Vüqar Həşimov üçün doğma olan ŞəmkirBakı şəhərlərində keçirilirdi. 

  Bu gün Memorealın açılış və püşkatma mərasimlərindən sonra, şahmatçılar Rapid üzrə turnirin ilk turun partiyalarını keçirəcəklər.  Xatırladaq ki, "Vüqar Həşimov Memorialı" şahmatın rapid və blitz növləri üzrə oynanılacaq. Üç gün davam edəcək rapid yarışının ardından, bir gün blitz yarışı keçiriləcək.

   Bu il keçirilən yarışda həmyerlilərimiz Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf MəmmədovAydın Süleymanlı ilə yanaşı, Rumıniya təmsilçisi Riçard Rapport, niderlandlı Yorden Van Forrest, İsrail təmsilçisi təcrübəli Boris Qelfand və hindistanlı şahmatçılar Vidit Santosla Arjun Eriqaisi iştirak edəcəklər. 

  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss