SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Kubok Qəbələdən Hindistana getdi

Qəbələnin ev sahibliyi etdiyi "Vüqar Həşimov Memorialı" şahmat superturniri başa çatıb.

   Dünən, başa çatan və hindistanlı qrossmeyster Vidit Santosun qələbəsi ilə nəticələnən "Vüqar Həşimov Memorialının" mükafatlandırma və bağlanış mərasimləri keçirildi.  Yarışın bağlanış mərasimində çıxış edən AŞF prezidenti Mahir Məmmədov, yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, qalib şahmatçını təbrik etdi. Çıxışı zamanı federasiya rəhbəri  Azərbaycan şahmat ailəsi adından şahmata göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

  
  Tədbirin sonunda yarışın qısa xülasəsi ekranda nümayiş etdirilib. Ardınca baş hakim İlahə Qədimova yarışın yekun nəticəni açıqlayıb.

   Mükafatlandırma mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, ərazi vergi idarəsinin rəisi Elxan Süleymanlı və Vüqar Həşimovun atası Qasım Həşimov iştirak ediblər.

   9-cu "Vüqar Həşimov Memorialının" qalibi olan Hindistan şahmatçısı Vidit Santoş Qujratiyə kuboku Qasım Həşimov təqdim edib.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss