SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

SORĞU: Chess.az "İlin Şahmatçısını" seçir (SƏS VER)

Chess.az saytı ənənəvi olaraq "İlin Şahmatçısı" nominasiyası üzrə səsverməyə start verir. 

SƏS VER

  Artıq altıncı dəfədir ki, keçiriləcək səsvermə Chess.az saytının rəsmi 
Feysbuk qrupu üzərində keçiriləcək. Səsvermə yanvarın 1-dək davam edəcək. Yekun nəticələr isə, 2024-cü ilin yanvarın 2-də açıqlanacaq.
 
  Beləliklə Chess.az saytının versiyasına görə 2023-cü ildə Azərbaycanda "İlin şahmatçısı" nominasıyası üzrə sizlərə təqdim edəcəyimiz 12 namizəd bunlardır:

1. Nicat Abasov
   ("Dünya Kuboku 2023" dördüncüsü)
2. Gövhər Beydullayeva
   (2023-cü il qadınlar arasında Azərbaycan çempionu, 2023-cü il 20 yaşadək xanım şahmatçılar arasında Rapid üzrə Dünya  çempionu, 2023-cü il 20 yaşadək xanım şahmatçılar arasında Blitz üzrə Dünya üçüncüsü, Azərbaycan yığma komandasının heyətində 2023-cü il Avropa çempionatının ikincisi)
3. Məhəmməd Muradlı  
   (2023-cü il 20 yaşadək kişi şahmatçılar arasında Blitz üzrə Dünya üçüncüsü)

4.Günay Məmmədzadə
  (Azərbaycan yığma komandasının heyətində 2023-cü il Avropa çempionatının ikincisi)
5.Ülviyyə Fətəliyeva
  (Azərbaycan yığma komandasının heyətində 2023-cü il Avropa çempionatının ikincisi)
6.Gülnar Məmmədova 
  (Azərbaycan yığma komandasının heyətində 2023-cü il Avropa çempionatının ikincisi)
7.Xanım Balacayeva
  (Azərbaycan yığma komandasının heyətində 2023-cü il Avropa çempionatının ikincisi)

8.Vasif Durarbəyli 
   (2023-cü il kişilər arasında Azərbaycan çempionu)
9.Qədir Hüseynov

   (2023-cü il kişilər arasında Rapid və Blitz üzrə Azərbaycan çempionu)
10.Ləman Hacıyeva
   (2023-cü il qadınlar arasında Rapid və Blitz üzrə Azərbaycan çempionu)

11.Ayan Allahverdiyeva 
   (2023-cü il 18 yaşadək qızlar arasında Dünya çempionu)
12. Aydın Süleymanlı


İndiyədək keçirilmiş səsvermələrin nəticələri:

2018: Şəhriyar Məmmədyarov
2019: Teymur Rəcəbov
2020: Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov
2021: Gülnar Məmmədova

2022: Gövhər Beydullayevaскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss