SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Sabah Dünya çempionatı başlayır

Sabah Özbəkistanın qədim diyarı olan Səmərqənd şəhərində növbəti Rapid və Blits üzrə Dünya Çempionatları start götürəcək.

    Chess.az xəbər verir ki, ümumi mükafat fondu 1 000 000 ABŞ dolları olan böyük şahmat bayramı dekabrın 30-dək davam edəcək. Şahmatçılar əvvəlcə Rapid, daha sonra isə Blitz yarışlarına qatılacaqlar. Mükafat fondunun 70%-i kişilərin, 30%-i isə qadınların yarışında oynanılacaq.


   48 ölkədən 327 şahmatçının qatılacağı bu mötəbər yarışda, ölkəmizi 17 şahmatçı təmsil edəcək. Bunlar Open yarışında çıxış edəcək Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Vüqar Əsədli, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kanan Qarayev və qadınların yarışında mübarizə aparacaq Gülnar Məmmədova, Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Gövhər Beydullayeva, Xəyalə Abdulla, Ləman Hacıyeva Ayan Allahverdiyevadır.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss