SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yorulmayasınız! (İLİN YEKUNU)

   Bugünlərdə Chess.az saytının versiyasına görə “İlin Şahmatçısı” adına nominantları seçərkən çox xoş və maraqlı bir halla rastlaşdıq. Ənənəvi keçirdiyimiz bu sorğuda əvvəlki illərdə maksimum 4-5 şahmatçının adını yazmaq olurdusa, bu il onların sayı 12 oldu. Özü də nəzərə alaq ki, bu il sözügedən siyahıda Azərbaycan şahmatının flaqmanları sayılan Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun adları ümumiyyətlə yoxdur. 


   Bəli, təəsüf ki, Şəhriyar və Teymur bu il heç nə ilə yadda qalmadılar. Bu azmış kimi, onlar ilin sonunda yığmamızın Avropa çempionatında uğursuz çıxış etməsində də əsas pay sahibi oldular. Düzdür, onlar sabah Özbəkistanda start götürəcək Rapid və Blitz üzrə Dünya çempionatlarında uğur qazanıb, ili yaxşı notlarla başa vurmaq şansları hələ də var. Lakin, artıq olan olub. Ümumiyyətlə təəsüf ki, bu səsvermədə biz yalnız "İlin Şahmatçısını" seçirik. "İlin Şahmat Adamı" nominasiyası olsaydı, sössüz ki, burada AŞF rəhbəri Mahir Məmmədov qalib gələrdi. 


Niyə?


 Niyəsini bu yazımızda tapa bilərsinizi. 


   Belə bir deyim var, “şər deməsən, xeyir gəlməz”. Bəli, məhz şahmatımızın liderlərlərinin il ərzində bərbad performansları fonunda, gənc şahmatçılarımız üzə çıxmağa başladı. Sevindirici haldır ki, məhz son zamanlar qeydə alınan nəticələrə nəzər saldıqda əminliklə sözləmək olar ki, Azərbaycan şahmatında çoxdandır gözlənilən inkişaf və nəsil dəyişikliyi prossesi başladı. Məsələn artıq gənc Aydın Süleymanlının və ya Nicat Abasovun ölkədəki populyarlığı Şəhriyar və Teymurun populyarlığından heç də geri qalmır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə yığma komandamızın heyətində də dəyişiliklər də artıq qaçılmazdır. Düzdür, Nicat Bakıda keçirilmiş Dünya kubokunda uğurlu çıxışından sonra qatıldığı yarışlarda azarkeşlərini o qədər də sevindirə bilməsə də, ümid edirik ki, onun “İddiaçılar turnirində” mümkün çıxışı (Maqnus Karlsen həmin turnirdə çıxış etməkdən rəsmi şəkildə imtina edərsə) çoxlarımızın yaddaşında əbədi olaraq qalacaq. Eyni sözləri Aydın üçün də söyləmk olar.  Aydın hələ çox gəncdir. Lakin onun stabil və bəzən aqresiv oyun tərzi sahmatsevərlərin diqqətini cəlb edib. Yaxın gələcəkdə Süleymanlının dünya şahmat elitasınını qapısını döyəcəyini artıq heç kimdə şübhə doğrumur.  


   Bir sözlə, ilə yekun vuraraq rahatlıqla söyləmək olar ki, artıq Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun erası başa çatmaq üzrədir və onların yığmadakı yerlərini tutmaq üçün Aydın Süleymanlı , Nicat Abssov, Vüqar Əsədli və Abdulla Qədimbəyli kimi gənc şahmatçılar alışıb yanırlar. Bu isə idmanda normal və təbii prossesdir. Qaldı gənc şahmatçıların biraz da möhkəmlənib, bişməyi. Gerisi düzələcək! 


  Çoxdandır Azərbaycan şahmatında belə halla rastlaşmırdıq. İllər boyu gənc şahmatçılar inkişaf etməklə bağlı çox böyük çətinliklər yaşayırdılar. Bir yerə qədər gəlib, oradan o tərəfə isə gedə bilmirdilər. Təbii ki, bunda onlardan çox, o vaxt federasiyanın günahə var idi. Laqeyid münasibət, valideynlər federasiyadan narazı, federasiya valideynlərdən və şahmatçılardan narazı, nə bilim nə.... Bunu çoxunuz xatırlayırsınız. İki il öncə Mahir Məmmədovun AŞF-nın başına keçəndə, həmin narazı kütlə hər şeyin düzələcəyinə ümid edirdi və sevindirici haldır ki, onların ümidi puç olmadı. Mahir Məmmədov şahmatımız üçün yad adam deyildi. Xatırladaq ki, o uzun illərdi AŞF-nın vitse-prezidenti və eyni zamanda FİDE-nin də vitse-prezidenti postlarını tuturdu. Görünən odur ki, Mahir Məmmədov AŞF-nın prezidenti seçildikdən sonra, bütün gücünü və təcrübəsini məhz ölkə şahmatının inkişafına yönəldib. Və bu öz bəhrəsini verməyə bilməzdi. Təsəvvür edin, cəmi iki il ərzində ölkədə Şah və Timanın yığmadakı yerlərini dar edəcək şahmatçılar yetişdi. Hələ qadın şahmatını demirik. Qadın şahmatı tamam ayrı mövzudur... 


   Günay Məmmədzadə və Gövhər Beydullayeva kimi gənc şahmatçılar zatən yığmanın əsas heyətində öz yerlərini möhkəmlədiblər və hazırda hətta dünya qadın şahmatında da aparıcı mövqedədilər. Bu siyahıya onlardan da gənc olan Xanım Balacayeva və yığma komandaya doğru inamla irəliləyən Ayan Allahverdiyeva və Ləman Hacıyevanı də əlavə etsək, qadınlardan ibarət Azərbaycan yığmasının gələcəyini olduqca parlaq və perspektivli görməmək mümkün deyil. Hazırda yığmada çıxış edən təcrübəli Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın da əla formada olduqlarını nəzərə alsaq, qadın şahmatında uzun illər hər şeyin tam qaydasında olacağını əminliklə söyləmək olar. Bu gedişlə biz növbəti Şahmat Olimpiadasında qadınların yarışında hətta iki komanda ilə yüksək yerlər uğrunda mübarizə apara bilərik. Və bu olduqca real görünür. Düzdür, bir çox şahmat adamı Mahir Məmmədovun qadınlardan ibarət yığma komandamıza belarus Mixail Şereşevskinin və rus Yevgeniy Tomaşevskinin dəvətini alqışlamırdı. Lakin onların qısa müddət ərzində burada gördüyü işlər, AŞF-nın rəhbərinin doğru seçim etdiyini göstərdi. Əminəm ki, vaxtı ilə onların gəlişini istəməyənlər, indi onların burada daha çox qalmasını arzulayır. 


  Ümid edirik bu hələ son deyil. Bu trayektoriya ilə inkişaf davam edərsə, biz növbəti illərdə hələ çox yeni adlara sevinəcəyik. Bu arada kişilərdən ibarət yığma komandamıza da təcrübəli məşqçilər korpusu təyin olunsa heç də pis olmaz. Bildiyimiz qədəri ilə yığma üzvləri mötəbər yarışlarda partiyalara komanda şəkilində yox, demk olar ki, fərdi hazırlaşırlar. Bu halın aradan qaldırılması sössüz ki, nəticələrə də müsbət təsir göstərəcək. Unutmayaq ki, yığma komandamız Avropa çempionatlarında qazandığı qələbələr məhz bir olub, əsl komanda olduqları dönəmlərdə qazanılıb.


  Tam obyektiv olsaq Azərbaycan Şahmat Federasiyasının son iki ildə və xüsusilə də 2023-cü ildə gördüyü işə sadəcə “ƏHSƏN” demək olar. Mahir Məmmədov və onun yaratdığı komanda (baxmayaraq ki, onların bəziləri əvvəl də AŞF-da çalışıblar) bu müddət ərzində şahatımızın inkişafı üçün nə etmək mümkün idisə, onu da etdilər. Çox böyük ümid var ki, bu işlər növbəti illərdə də eyni templə davam edəcək və Azərbaycan şahmatı dünyada öz layiqli yerini qoruyacaq. Axı Azərbaycan dünyada şahmat ölkəsi tanınır....  


  Yorulmayasınız!

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss