SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DÇ 2023: İki şahmatçımız ilk turda ermənilərlə qarşılaşacaq (CANLI YAYIM)

Bu gün Bakı vaxtı ilə saat 14:00-da Özbəkistanın Səmərqənd şəhərində Rapid üzrə Dünya Çempionatı start götürəcək.

CANLI YAYIM (AZƏRBAYCAN DİLİNDƏ)



CANLI YAYIM (İNGİLİS DİLİNDƏ)



CANLI (TAXTALAR ÜZRƏ)

     Chess.az xəbər verir ki, 48 ölkədən 327 idmançının qatılacağı böyük şahmat bayramında ölkəmizi 17 şahmatçı təmsil edəcək. Dünən yarışın rəsmi açılış və püşkatma mərasimləri də keçirildi.


    Belə ki, kişilərin yarışında ilk turda Şəhriyar Məmmədyarov Macarıstanı təmsil edən erməni Sergey Qriqoryantsla, Teymur Rəcəbov rus İlya İlyuşenokla, Rauf Məmmədov serb Sinişa Draziçlə, Vüqar Əsədli Rumıniyanı təmsil edən Riçard Raportla, Qədir Hüseynov Ermənistan təmsilçisi Mamikon Qaribyanla, Aydın Süleymanlı rus Serqey Skolkinlə, Məhəmməd Muradlı Serbiyanı təmsil edən rus Aleksey Sarana ilə, Kanan Qarayev isə gürcü Qiqa Quparadze ilə üz-üzə gələcəklər. 

   Qadınların yarışında mübarizə aparacaq Gülnar Məmmədova digər təmsilçimiz Ləman Hacıyeva ilə, Günay Məmmədzadə özbək Sorvinoz Kurbonboyeva ilə, Xanım Balacayeva qırğız Aimonçok Junusbekoba ilə, Ülviyyə Fətəliyeva çinli Li Tinqje ilə, Türkan Məmmədyarova hindistanlı Humpu Koneru ilə, Gövhər Beydullayeva ukraynalı Anna Muzıçyukla, Xəyalə Abdulla estoniyalı Mai Narva ilə, Ayan Allahverdiyeva isə bolqar Nadya Tonçeva ilə qarşılaşacaqlar.

   Qeyd edək ki, bu gün Rapid yarışında ilk beş turun oyunları oynanılacaq.    скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss