SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Püşk Ülviyyə Fətəliyeva ilə "oyun" oynayır (CANLI)

Bu dəqiqələrdə Özbəkistanda davam edən Rapid üzrə Dünya çempionatında püşk şahmatçımız Ülviyyə Fətəliyeva ilə rəsmən "oyun" oynayır.

  Fətəliyeva ilk üç turda elə şahmatçılara rəqib oldu ki.... Birinci turda kor püşk Ülviyyəyə son dünya çempionu adı uğrunda matçın finalçısı çinli Li Tenqyi qismət etmişdir. Sevindirici haldır ki, Ülviyyə bu qarşılaşmadan yarım xal qazana bildi. Ancaq püşk bu baryeri məğlubiyyətsiz adlayan Fətəliyevaya növbəti turda daha bir sürpriz hazırlamışdır. Bu dəfə Ülviyyə qadınlar arasında hazırki Dünya çempionu daha bir çinli Yu Venyunla qarşılaşmalı oldu. Sevindirici haldır ki, şahmatçımız bu oyunu da məğlubiyyətsiz başa vurmağı bacardı. Ardıcıl iki ağır oyundan sonra Fətəliyeva bəlkə də nəhayyət nisbətə rahat rəqib gözləsə də, püşk bu dəfə də Ülviyyə qarşı başlatdığı "oyununu" davam etdirdi.  Üçüncü turda şahmatçımızın rəqibi eks-dünya çempionu Aleksandra Kostenyuk oldu. 


CANLIскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss