SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DÇ 2023: Rauf Azərbaycana tərəf "hürən" ermənini yerinə oturtdu (CANLI YAYIM)

Bu gün Bakı vaxtı ilə saat 14:00-da Özbəkistanın Səmərqənd şəhərində Rapid üzrə Dünya Çempionatının ikinci oyun gününə start veriləcək.

CANLI YAYIM (AZƏRBAYCAN DİLİNDƏ)



CANLI YAYIM (İNGİLİS DİLİNDƏ)



KİŞİLƏR.CANLI (TAXTALAR ÜZRƏ) 
QADINLAR.CANLI (TAXTALAR ÜZRƏ)


     Chess.az xəbər verir ki, 48 ölkədən 327 idmançının qatıldığı böyük şahmat bayramında ölkəmizi 17 şahmatçı təmsil edir. Dünən keçirilmiş ilk yarış gününü şahmatçılarımız üçün nisbətən uğurlu və biraz da bəxtsiz keçdi desək, yanılmarıq.  Bəxtsiz deyəndə, ilk yada düşən təbii ki, şahmatçımız Ülviyyə Fətəliyeva olur. 


  Dünyada çətin belə şahmatçı tapılar ki, İsveçrə sistemi üzrə keçirilən və 117 şahmatçının qatıldığı bir yarışda, ilk dörd turu belə güclü rəqiblərə qarşı keçirsin. Ülviyyə dünən keçirdiyi dörd partiyanın ikisini eks-dünya çempionları, birini hazırki dünya çempionu, birini isə son dünya çempionu uğrunda matçın finalçısına qarşı keçirdi. Təbii ki, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirsənsə güclü şahmatçılarla qarşılaşmalısan. Lakin belə də yox da. Çempionatın startında qadın şahmatının ən güclü üzvləri ilə ardıcıl dörd oyun istənilən şahmatçı üçün biraz ağır yük olardı. Fətəliyeva üçün də belə oldu. İlk üç qarşılaşmanı bərabərliklə bitirməyi bacaran Ülviyyə, günün son partiyasında 2017-ci il qadınlar arasında dünya çempionu olmuş çinli Tan Zinqyiyə məğlub oldu. Ancaq hazırda turnir cədvəlində 76-cı olan Fətəliyeva üçün hər şeyin bitdiyini də söyləmək düzgün olmaz. Böyük ehtimalla şahmatçımız bu gün keçiriləcək növbəti dörd turda nəhayət ki, nisbətən zəif rəqiblərlə qarşılaşacaq və DÇ-da ilk qələbələrini qazana biləcək. Ülviyyə bu günü uğurlu keçə bilsə, sabah medallar uğrunda əsas namizədlərdən biri ola bilər.

  Püşk həmçinin hazırda fantastik formada olan digər şahmatçımız Gövhər Beydullayevanın da üzünə gülmədi. Düzdür, onun rəqibləri Fətəliyevanın rəqibləri qədər təhlükəli olmasa da, hər halda  Gövhər ilk oyun günündə Anna Muzıçyuk, Sarasadat Xademalşarei və Bibisara Assaubayeva kimi güclü şahmatçılarla qarşılaşmalı oldu.
 
    Uğurlu çıxış edən şahmatçılarımıza gəlincə, ilk öncə kişilərin yarışında Rauf Məmmədovu, qadınların turnirində isə Günay Məmmədzadəni fərqləndirmək olar. Rauf keçirdiyi ilk beş oyundan dörd xal toplayaraq, hazırda medallar uğrunda mübarizə aparan şahmatçıların qrupunda yer alır. Raufun dünən xüsusilə ABŞ-nı təmsil edən və bu ilin sentyabr ayında Azərbaycan ordusunu Qarabağ regionunda keçirdiyi antiterror əməliyatından sonra ölkəmizə və prezident İlham Əliyevə tərəf "hürən" erməni Levon Aronyan üzərində möhtəşəm qələbəsini qeyd etmək lazımdır. Özünü olduqca təmkinli və rahat hiss edən Məmmədov, güclü erməni şahmatçını məğlub edərək, yerinə oturtamğı bacardı.  

  Günay Məmmədzadəyə gəlncə, şahmatçımız ilk dörd turda 3.5 xal toplayaraq hazırda 8-ci mövqedə qərarlaşıb və liderlərdən cəmi yarım xal geri qalır. Qadınların turnirində Xanım Balacayevanın da çıxışın qeyd etməmək olmaz. Xanım dörd oyundan 3 xal toplayaraq (2 qələbə, 2 heç-heçə) DÇ-da inamla irəliləyən digər şahmatçımızdandır.
   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss