SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gövhər Beydullayeva yenidən "İlin Şahmatçısı" oldu

Chess.az saytı ənənəvi olaraq təşkil etdiyi "İlin Şahmatçısı" nominasiyası üzrə səsvermə başa çatdı.

  Artıq altıncı dəfədir ki, keçirilən sorğuda 336 oxucu iştirak edib. Səsverənlərin 27.7% (93 nəfər) ötənilki səsvermənin də qalibi olmuş gənc şahmatçımız Gövhər Beydullayevaya səs verib. Topladığı səslər sayəsində Beydullayeva ardıcıl ikinci dəfədir ki, Chess.az saytının versiyasına görə "İlin Şahmatçısı" seçilib. 

   İkinci yerin sahibi səslərin 23.2% toplayan 2023-cü il qadınlar arasında Azərbaycan çempionu olmuş Ləman Hacıyeva oldu.  Üçüncü yeri isə səslərin 19.6%-ni toplayan Nicat Abasov tutdu.     

İndiyədək keçirilmiş səsvermələrin nəticələri:

2018: Şəhriyar Məmmədyarov
2019: Teymur Rəcəbov
2020: Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov
2021: Gülnar Məmmədova
2022: Gövhər Beydullayeva
2023: Gövhər Beydullayeva


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss