SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ding Liren geri döndü

Şahmat üzrə hazırki dünya çempionu çinli Dinq Liren uzun fasilədən sonra ictimaiət qarşısına çıxdı.


   Xatırladaq ki, ötən ilin aprel ayında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirlmiş dünya çempionu adı uğrunda final matçından və bu matçdan sonra Rumıniyada keçirilmiş başqa yarışdan sonra vətəninə qayıdan və orada çoxlu tədbir və görüşlərə iştirak edən dünya çempionu, özündə psixoloji problemlər hiss edib və bu üzdən bir müddət şahmatdan kənar qalacağını açıqlamışdır: “Çətin dönəm idi. Üzərimdə çox böyük diqqət və təzyiq hiss edirdim. İndi özümü daha yaxşı hiss edirəm. Mənim problemim fiziki yox, psixoloji idi. Şükürlər olsun ki, hər şey arxada qaldı və mən yenidən şahmat oynamağa hazıram. Düzdür, əvvəlki formamdan çox uzağam amma yavaş yavaş özümə gəlməyə çalışacam”. 


   Qeyd edək ki, Dinq Liren 236 günlük fasilədən sonra, yanvarın 13-də Niderlandın Veyk-an-Zee şəhərində start götürəcək ənənəvi “Tata Steel Chess” şahmat turnirində iştirak edəcək. Həmin turnirdə 2025-ci ildə onunla şahmat tacı uğrunda növbəti final matçında üz-üzə gəlmək üçün “İddiaçılar turnirində” iştirak edəcək beş şahmatçı da mübarizə aparacaq. Müxbirin onun növbəti finala çıxmaq üçün kimi favorit gördüyünü sualına Dinq Liren belə cavab verdi : “Ən yaxşı şansa Fabiano Karuana malikdir. O çox güclü şahmatçıdır. Amma məndən soruşsanız ki, mən finalda kimi rəqib görmək istərdim, düşünmədən Əlirza Firuzca deyərdim. Onun çox dinamik və maraqlı oyun stili var”.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss