Şahmat üzrə Almaniya Bundesliqasının növbəti turun oyunları keçirilb.
Chess.az xəbər verir ki, "Schachbundesliqa"-nın 11-ci turunda , Arkadiy Naydiçin şərəfini qoruduğu "Baden-Baden"-lə ,Şəhriyar Məmmədyarovun çıxış etdiyi "SC Viernheym" komandaları üz-üzə gəliblər. Qarşılaşmanını ən maraqlı oyunu 1-ci taxtada baş tutmuşdur. Hər iki komandanını liderləriolan amerikalı Fabiano Karuana və Şəhriyar Məmmədyarovun maraqlı qarşılaşması heç-heçə ilə nəticələndi. Arkadiy Naydiç isə 6-cı taxtada latviyalı İgor Kovalenkoya məğlub oldu. Qarşılaşma isə ümumilikdə bərabərliklə bitdi 4:4.
Keçirillən 11 turdan sonra Naydiçin komandası "Baden-Baden" 18 xalla liderliyini qorudu. Şəhriyar Məmməduyarovun çıxış etdiyi "SC Viernheym" klubu isə, aktivində 12 xalla 7-ci pillədə qərarlaşıb.
Bundesliqada növbəti turun oyunları martın 9-da keçiriləcək.
TURNİR CƏDVƏLİ :
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur