"Naxçıvan Open 2019" Beynəlxalq şahmat festivalı davam edir.
Chess.az xəbər verir ki, dünən ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi şahmat turnirinin 7-ci turun oyunları keçirildi . Keçirilən yeddi oyundan sonra, yarışın "A" qrupuna 6 xalla ABŞ təmsilçisi Timur Qareyev başçılıq edir. Həmyerlilərimiz EltacSəfərli,Nicat Abbasov,Vüqar Əsədli və Vüqar Rəsulov, 5 xalla 2-8-ci yerləri bölüşürlər.
Yarışın "B" qrupuna keçirilən 7 turdan sonra 6.5 xalla Elxan Bayramov başçılıq edir."C" qrupunun lideri isə Rusiyanı təmsil edən İlqar Məmmədovdur.
Bu gün turnirin 8-ci turun oyunları keçiriləcək.
8-Cİ TUR (CANLI)
"A" QRUPU
"B" QRUPU
"C" QRUPU
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.