Rumıniyanın Mamaya şəhərində məktəblilər arasında Avropa çempionatı başa çatdı.
Chess.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi 12 yeniyetmə şahmatı təmsil ediridi. Sevindirici haldır ki,yarışa qatılan 12 şahmatçıdan dördü vətənə medalla qayıda bilib. Şəki şahmat məktəbinin 8 yaşlı yetirməsi olan Kərimli Yusif U-9 yaş kateqoriyasında Avropa Çempionu adının qazandı. Eyni yaş qrupda mübarizə aparan Bayramlı Rafayel üçüncü yerin sahibi oldu. Qızların U-9 yaş qrupunda Xanım İsmayılova bürünc medala sahib çıxdı. Naxçıvan şahmat məktəbinin yetirməsi olan Sadqi Məmmədov isə, U17 (Open) yarışında üçüncü yerin sahibi oldu. Beləliklə yarışa 12 nəfərlə yollanan və vətənə 1 qızıl və üç bürünc medalla qayıdan şahmatçılarımızın çıxışını uğurlu hesab etmək olar.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.