"Xəzər Universiteti Şahmat Akademiyasında" "Gənclər Kuboku" komanda reytinq yarışı başa çatdı.
Chess.az xəbər verir ki, Akademiyanın təşəbbüsü ilə uzun müddətdir ki ,ölkədə keçirliməyən komanda yarışları ənənəsi geri dönür. Son zamanlar keçirdiyi fərqli formatlı yarış və tədbirləri ilə seçilən "Xəzər Universiteti Şahmat Akademiyası" bu dəfə Komanda reytinq yarışına ev sahiblik etdi. Doqquz komandanın qatıldığı yarış "Gənc İstedadlar" (Şiroğlan Talıbov,Emil Mehrəliyev) komandasının qələbəsi ilə başa çatdı. Yarışda ikinci yeri "Ulduz" (GM.Ülvi Bacarani,Aydın Mirzəzadə) komandası,üçüncü yerin sahibi isə "Bakı-Sumqayıt" (Əlizadə Paşam,Əliyev Fuad) komandsı oldu. Qeyd edək ki,turnirə qatılan saytımızın "Chess.az" komandası yarışı dördüncü pillədə bitirdi.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur