CANLI YAYIM
Hollandiyada keçirilən ənənəvi Tata Steel Masters şahmat turnirinin 8-cı turun oyunları keçirilib. Ardıcıl üç qələbə qazanan qrosmeyterimiz Şəhriyar Məmmədyarov ilk dəfə məğlub oldu. Holland Aniş Giri Şəhriyarı ağ fiqurlarla məğlub edərək, Məmmədyarovun turnirdə 7 oyunluk məğlubiyətsiz və üç oyunluq qələbə seriyasına son qoydu. Bu məğlubiyətdən sonra turnir cədvəlində üçhakimiyətlik yarandı. Aniş Giri ,Şəhriyar Məmmədyarov və Maqnus Karlsen 5.5 xalla turnir cədvəlinə başçılıq edirlər. Bu gün turnirdə fasilə günüdür, sabah isə 9-cu turun oyunları keçiriləcək.9 -cu turda Şəhriyarın rəqibi rusiyalı Vladimir Kramnik olacaq. 10-cu turun oyunları isə Vayk-An-Ze şəhərində yox ,Hollandiyanın digər şəhəri Qroningendə keçiriləcək.