SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yekaterinburqa gedən yol İsraildən keçir.(GRAND PRİX 2019)

Xəbər verdiyimiz kimi, dekabrın 10-da İsrailin Qüds şəhərində "Grand Prix 2019" seriyasının son mərhələsi start götürəcək. 
Xatırladaq ki, mərhələdə iştirak etməli olan ,yalnız səhətlərində yaranan problemlərlə əlaqədar olaraq Teymur Rəcəbov və Levon Aronyan  yarışa qatılmaqdan imtina etmişdirlər. Dünən FİDE onları əvəz edəcək şahmatçıların adlarını açıqlayıb. Belə ki ,Teymur və Levonun əvəzinə ,Qüdsdəki turnirdə çinli Vanq Xao və rusiyalı Dmitriy Andreykin çıxış edəcəklər. Dekabrın 24-dək davam edəcək yarışda ölkəmizi İddiaçılar turnirinə vəsiqə qazanmaq uğrunda yaxşı şansları olan Şəhriyar Məmmədyarov təmsil edəcək. 

Hazırda ümumi hesaba aktivində 20 balı olan  rusiyalı Aleksandr Qrişyuk başçılıq edir.  Fransız Maksim Vaşye-Laqraf 13 xalla ikinci ,həmyerlimiz Şəhriyar Məmmədyarov 10 xalla üçüncü ,rusiyalı Yan Nepomnyaşiy isə 9 xalla dördüncü pillədə qərarlaşıblar. Aleksandr Qrişyuk 2020-ci ildə Yekaterinburqda  keçiriləcək İdidaçılar Turnirinə vəsiqəni demək olar ki ,təmin edib.  Qrişyuku yalnız bir variant İddiaçılar Turnirindən kənarda qoya bilər. İsraildə keçiriləcək mərhələdə fransalı Maksim Vaşye-Laqraf finala qədər tey-breksiz irəliləsə və ora onun kimi tey-breksiz irəliləyən  həmyerlimiz Şəhriyar Məmmədyarova uduzarsa ,o zaman Məmmədyarov və Vaşye-Laqraf Qrişyukyu ümumi hesabda arxada qoyur. Yerdə qalan bütün variantlarda Qrişyuk iki vəsiqədən birini özünə təmin etmiş olur. Şəhriyar Məmmədyarovun ikinci vəsiqəyə sahib çıxması üçün İsraildə ən azı finala çıxması gərəkir ,o da ki ,bir şərtlə o finalda nə Vaşye-Laqraf nə də ki ,Yan Nepomnyaşiy olmasa. Əgər onlardan biri finala qədər irəliləsə Şəhriyar mütləq şəkildə İsrail mərhələsinin qalibi olmalıdır.  
      скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss