SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"HƏDƏFİ VURA BİLƏCƏK SON QURŞUN" (DİMES HAK ALERLİ .YAZI 1)

DİMES HAK ALERLİ.

TEYMUR RƏCƏBOV -HƏDƏFİ VURA BİLƏCƏK SON QURŞUN və ya yarım qalmış uçuş tamamlanacaqmı?
YAZI 1
Tanrı Azərbaycana müstəqillik ərəfəsində - 1985-87-ci illərdə üç böyük şahmat dahisini bəxş etdi. Vugar Həşimov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovu. Bu dahilər İngiltərədə doğulmuş olsalar idi əlbəttə ki, şahmat tacının taleyi çox fərqli ola bilərdi. Fəqət Azərbaycan Tanrının bol verdiyi dahilərinə Tanrıya layiq dəyər verə bilmədiyi üçündür ki, bu müthiş üçlükdən dünya çempionluğu üçün ümid Teymur Rəcəbova qalıb. 15 mart-5 aprel 2020-ci il tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirində Maqnus Karlsenin rəqibi müəyyənləşəcək. Təəssüf ki, Şəhriyarsız keçiriləcək bu turnirdə Teymur Rəcəbova uğurlar diləyərək bəzi düşüncələri paylaşmaq qərarına gəldim. Umarım faydalı olur.
BAKI BULVARINDA İLK GÖRÜŞDƏN MEKSİKADAKI ŞAHMAT QARƏTİNƏ
Teymuru ilk dəfə 2000-ci ilin mayında Bakı Bulvarında gördüm. Onun haqqında duymuşdum. Atası Boris və dayısı Azərlə də söhbətlərimiz olurdu. Aradabir Bakı bulvarında yerləşən Veteranlar Kulubuna (təəssüf ki, indi ora sökülüb) gəlirdilər. Rəhmətlik Nəriman Yusifovun məzəli söhbətləri ilə yadda qalan blitz turnirləri izləyirdilər. Klubun ən yaxşı blitzçilərindən biri idim. Bəlkə də bu səbəbdəndir 2000-ci ilin mayında Teymur və o zamankı məşqçisi mərhum Oleq Pavlenko kluba gəlmişdilər. Pavlenko mənə Teymurla blitz oynarsanmı deyə soruşanda sevə sevə dedim. O zaman Teymur artıq İM idi. Və açıqcası belə bir istedada 8-3 hesabla uduzmaq elə də pis deyildi. Başlarda həvəssiz görünən Teymur sonradan daha istəkli oynamış və oyunlarının birini vəzir fədası ilə qazanmışdı. Fəqət ən çox uşaqdakı STRATEJİK DÜŞÜNCƏYƏ heyran qalmışdım. 5 dəqiqəlik zamanda klassik oyunlara xas stratejik plan və bütünlük təməlində oynayırdı Teymur. Pavlenkoya "bu uşaq düşündüyünüzdən daha istedadlı, onu daha yaxşı qoruyun" dedim. Razılaşırcasına başını salladı.
Sonradan Teymur 14 yaşında qrossmeyster, 16 yaşında isə Kasparovu qaralarla Fransız müdafiəsində , həm də əsəbdən ağzı köpüklənəcək şəkildə əzərək yenəndə də təəccüblənmədim. Fəqət içimdəki qorxu - Azərbaycanın gənc dahilərinə bir şəkildə əngəl olacaqlar şübhəsi- artmaqda idi.
Və 2007-ci ilin məşum 10 fevralı. Meksikanın kiçik Patskuaro şəhərində atası ilə axşam yeməyindən dönən Teymur otaqda olmadıqları yarım saat ərzində kompyüter , pullar və şahmat dəftərlərinin (!) oğurlandığını görür. Düşünün ki, mühüm beynəlxalq şahmat turnirində iştirak edən qrossmeysterin şahmat dəftərləri oğruların nəyinə gərək ola bilərdi ki? Teymurun bütün şikayətləri qulaq ardına vuruldu və əslində sakit təbiətli olan 20 yaşlı gənc oyuncu buna üsyan edərək yaxşı pul qazana biləcəyi turnirdən çəkildiyini bəyan etdi.
Əminəm ki, o andan etibarən Teymur əslində pərdə arxasında ciddi intriqa, hətta təhdid və qətllərin (Alyoxinin 1946-cı ildəki təbii ölüm görüntüsü verilmiş qətli kimi) olduğu ACIMASIZ ŞAHMAT DÜNYASINDA TƏNHA OLDUĞUNU kəşf etmiş və sarsılmış oldu. Zira oğurluq hadisəsi nə Azərbaycan iqtidarı və Şahmat Federasiyasının, nə də FİDE'nin yetərincə diqqət mərkəzində olmadı...
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss