SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"HƏDƏFİ VURA BİLƏCƏK SON QURŞUN" (DİMES HAK ALERLİ .YAZI 2)

DİMES HAK ALERLİ.

TEYMUR RƏCƏBOV -HƏDƏFİ VURA BİLƏCƏK SON QURŞUN və ya yarım qalmış uçuş tamamlanacaqmı?
YAZI 2


LONDON FACİƏSİ və TƏRKİŞAHMATLIQ
2006-cı ildən etibarən şahmat dünyası Maqnus Karlsen fenomeni ilə net bir şəkildə tanışmış oldu. 1990-cı il doğumlu və Malış (Balaca) ləqəbli Karlsenin bu cür yekəxana ilərləməsi Rusiya şahmat ictimaiyyəti ilə birlikdə Azərbaycan şahmatının nəhəngləri üçün də gözlənilməz idi. Nə də olsa istər rəhmətlik Vüqar, istər Şəhriyar, istər Teymur, istərsə də rus Serqey Karyakin dünyada ən gənc və şahmat tacına iddialı nəsil idilər. Ta ki, Karlsen zühur edənə qədər. Böyük istedada və ən əsası Kasparov kimi ciddi dayağa və ciddi sponsor dəstəyinə sahib Karlsen qısa zamanda elit şahmatçılar içində önə çıxaraq 2013-cü il 14 mart - 1 aprel tarixində Londonda keçirilən Namizədlər turnirində əsas favoritə çevrilmişdi. Təbii ki Teymur və digər gənc qrosmeysterler bununla razı deyildilər. Əsasları da var idi. Məsələn 4 sentyabr 2012-ci il tarixində 25 yaşlı Rəcəbov 2799,6 ELO səviyyəsində oyun göstərmişdi. Fəqət London turniri Rəcəbov üçün fəlakət olarkən - 6 məğlubiyyət və cəmi 1 qələbə- tale Karlsenin üzünə gülürdü. Svidlerə uduzaraq turnir liderliyini şübhə altında qoyan Karlsenin imdadına ən ciddi rəqibi Kramnik gəlmiş oldu. Sadə vəziyyətdə İvançuka uduzan Kramnik turnir qalibiyyətini və sonradan dünya çempionluğunu Karlsenə hədiyyə etmiş oldu.
Karlsenin dünya çempionu olmasından sonrakı mərhələdə Teymur ağır və məncə doğru qərar qəbul etdi: aktiv şahmatdan tədricən uzaqlaşaraq ailə və biznes işlərini yoluna qoymağa başladı. Bu mərhələdə ciddi sponsor və medya dəstəyi olan, FİDE tarafından da dünya şahmatının gənc və sevimli çempionu kimi qəbul edilən Karlsenlə baş etmək çətin məsələ idi. Zira sadəcə Karlsenin istedadı ilə deyil, illik gəliri təxminən 10 milyon dollar olan Karlsen Şahmat Sistemi- turnir və sponsorlardan gəlır+ Karlsen markalı şahmat əşyalarının satışından gəlir+ Kasparov başda olmaqla köməkçi komanda və imecmeykerler- ilə baş etmək imkansız idi. Bunu etmək əzmində olan Şəhriyarın nə cür əziyyətlərlə qarşılaşaraq haqsız rəqabəttə tükənməyi faktı ilə zatən qarşı qarşıya qalmış olduq.
Teymur isə xoşbəxt ailə və ciddi sərmayə qazanmaq və bəlkə sonra şahmata dönmək üçün RİSQLİ ADDIMA- ŞAHMAT TƏRKİDÜNYALIĞINA qərar verdi. Şahmat İlahəsi Kaissa da qadın olduğu üçün sevgilisi olan və ya evli şahmatçı kişilərə qarşı amansız qısqanclıq içində olur deyirlər. Təsadüfi deyil ki, 2018-ci ildə tez tez sevgilisi ilə görünən Karlsen 8-28 Noyabr 2018-ci ildə keçirilən ünvan maçında Karuanaya çətinliklə qalib gələ bildi. Təbii prosesdir, çünki hər nə qədər şahmat unudulmasa da, müəyyən qədər arxa plana atılmış olur. Bu anlamda Teymurun ailə və biznes üçün şahmatı arxa plana atması İKİQAT RİSQ İDİ...
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss