SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"HƏDƏFİ VURA BİLƏCƏK SON QURŞUN" (DİMES HAK ALERLİ .YAZI 3)

DİMES HAK ALERLİ.

TEYMUR RƏCƏBOV -HƏDƏFİ VURA BİLƏCƏK SON QURŞUN və ya yarım qalmış uçuş tamamlanacaqmı?
YAZI 3
-cü YAZI:


 RADJA'nın GERİ DÖNÜŞÜ
Bir neçə illik susqunluqdan sonra Azərbaycan və dünyada RADJA kimi tanınan Teymur aktiv şahmat həyatına dönmək istəyini bildirdi. 2017-ci ilin aprelində Vüqar Həşimov xatirəsinə keçirilən ənənəvi Şəmkir super turnirində bunu ciddi şəkildə bəyan edən Teymurun bacara biləcəyinə inam az idi. Bir ara ELO reytinqi 2715'ə qədər geriləyən Rəcəbovun yenidən 2800 ELO zirvəsinə yürüyüş edəcəyinə inanmaq həqiqətən də güc idi. Axı yaş keçir, motivasiya itir, geri dönüş çətinləşirdi və çoxları üçün Teymurun bu bəyanları blef kimi bir şey idi. Bir növü deyir də özüyçün kimi başa düşülürdü. Fəqət bu düşüş dönəmində belə Rəcəbovun oyununda bir xüsus diqqəti çəkirdi: Teymur rəqiblərini udacaq qədər enerjili oynamırdı, fəqət bu halında belə onu udmaq asan deyildi.
Və tədrici geri dönüş başladı. Manat manat uduzduğu ELOlarını qəpik qəpik geri alan Teymur bəlkə də bu strategiyanı bilərək seçmişdi. Rəqiblərini hürkütmədən, kölgədə qalaraq ilk fürsətdə gərəkən zərbəni vurmaqdan başqa çarəsi də yox idi əslində. Və 2019-cu ilin Dünya Kuboku belə bir AN idi. 2019-cu il sentyabrın 9-dan oktyabrın 4-nə qədər Xantı Mansiysk şəhərində keçirilən turnirdə Rəcəbov ciddi favoritlərdən hesab edilmirdi. Elə onun özü də sonradan "turnirdən ilk ayrılanlardan biri olacağımı gözləyirdim, fəqət son ayrılan oldum" deyirdi. Fəqət əminəm ki, Teymur sona qədər oynamaq üçün oraya getmişdi. Olsun ki, mümkün məğlubiyyətə psixoloji hazırlıq və daha çox sarsılmamaq üçün "olmayınca olmur" şüuraltı ilə hərəkət etmək istəmişdi. Buna rağmən HƏLƏ 2017-ci ilin aprelində verdiyi müsahibə Dünya Kubokuna əslində qladyatör məntiqi ilə getdiyini göstərir:
" Bir çoxları şahmatda Karlsen erasının başladığını deyirlər. Onun önündə durmaq doğrudanmı bu qədər çətindir?
- Maqnus yenilməzdir fikri ilə razı deyiləm. Onunla bir çox turnirdə qarşılaşmışam. Çempion olduqdan sonrakı 2-3 ildə o mütləq favorit idi. Fəqət indi onunla eyni səviyyədə oynayan oyunçuların sayı artmaqdadır."
Bu məqamda bir xüsusu vurğulamaq istərdim: Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov iki fərqli psixoloji davranış sərgiləməkdədirlər. Şah qəlbi açıq və enerjisini bəzən gərəksizcə xərcləyən, uşaqlıq dostları və yaxın çevrəsi ilə birlikdə "yeyib içən qardaş" olacaq qədər peşəkarlıqdan uzaq davranan və s. kimi tutum içində ikən Rəcəbov tam tərsi davranır: içinə qapalı, hətta kibrli kimi görünməkdən, duyğularını gizləməkdən, ley pey kimi "brat"ski söhbətlərdən uzaq durmaqdan çəkinmir. Və Şəhriyarın davranışı İNSANİ OLARAQ NƏ QƏDƏR XOŞ GÖRÜNSƏ DƏ HAQLI OLAN TEYMURDUR. Zira HƏM PEŞƏKAR ŞAHMAT həm də AZƏRBAYCANın ACIMASIZ REALLIĞI bunu tələb edir. Nədir bu acımasız reallıq diyə soruşanlara izah edim: İrfan elmində belə bir kəlam var ki, kimin yanında isən onun da məqamında olursan. Fizikada bu BİRLƏŞMİŞ QABLAR NƏZƏRİYYƏSİdir. Və əgər münasibət qurduğun İNSAN SƏNƏ MÜSBƏT NƏSƏ QATMIRSA ƏMİN OL Kİ, SƏNDƏN NƏSƏ ALMIŞ, SƏNİ TÜKƏTMİŞ OLACAQ.
Bu baxımdan Şəhriyarın çevrəsi ONU ÇOX SEVƏRƏK PEŞƏKAR GÜCÜNÜ ZƏİFLƏTMƏKDƏ İKƏN, Teymurun TƏNHALIĞI ona ƏN AZINDAN GÜCÜNÜ QORUMAQ FÜRSƏTİ VERİRDİ...
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss