Ötən həftə BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən FİDE-nin növbəti konqresinin gedişində daha altı federasiya FİDE-yə üzv qəbul olundu.
Bunlar Çad, Ekvatorial Qvineya, Kayman adaları, Qrenada, Sent-Lyusiya və Sent Kits və Nevis federasiyalarıdır. Bununla da, üzv olan ölkələrin sayını 195-ə çatdırmaqla, FİDE hal hazırda dünyada ən çox üzvü olan dördünücü idman federasiyası oldu.