SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

TEYMUR RƏCƏBOV : "FİDE MƏNİ TURNİRƏ QAYTARMALIDIR!"

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Chess.com saytına "İddiaçılar Turniri"-nin dayandırılması və FİDE ilə arasında baş verən qalmaqalla bağlı müsahibə verib.

"Arkadiy Dvorkoviç ilk cavab məktubunda mənə turnirin ləğv olunmasının həm hüquqi, həm praktiki cəhətdən mümkünsüzlüyünü bildirdi. Bundan əlavə, mənə yazırdılar ki, FİDE “Rusiya hakimiyyətinin tapşırıqlarına əməl edir. Amma tezliklə Rusiya idman naziri müsahibələrinin birində dedi ki, əgər beynəlxalq federasiyalar Rusiya ərazisindəki turnirləri təxirə salmaq istəsə, bu barədə bizə məlumat verməlidir və bundan sonra qərar verməlidir. Mənə isə tam əksini deyirdilər”.
Rəcəbov FİDE-dən yarışın təxirə salınmağını tələb etdiyi dövrlərdə digər şahmatçılarla yazışmamağının səbəbinə də aydınlıq gətirib: “Əgər digər oyunçuları da mənim nöqteyi-nəzərimi bölüşməyə çağırsaydım, bu addım turnirə əngəl olmaq kimi qəbul olunardı. Mənə elə gəldi ki, turniri keçirənlərlə birbaşa danışmaq daha düzdür”.
Teymur imtina etdiyi dövrdə FİDE-nin yarışı keçirməkdə israrlı olmasına da toxunub: “Onlar qərara aldılar ki, vəziyyət çox təhlükəli deyil, həmin vaxt davam edən hansısa başqa turnirləri əsas gətirdilər. Amma İddiaçılar Turniri ilə davam edən yarışlar arasında fərq onda idi ki, onlar artıq davam edirdi. Bizim turniri isə hələ başlamaq lazım idi. Bunun üçün isə konkret qərar qəbul edilməli idi. Mən bilmirəm bunu kim və necə qəbul edib”.
Qrossmeyster bildirib ki, Rusiya İdman Nazirliyinin qərarı da FİDE-ni dayandırmadı: “Bundan başqa, martın 16-da idman nazirliyinin sərəncamı çıxdı ki, ölkə ərazisində istənilən beynəlxalq idman yarışının keçirilməsi qadağan olundu. Açılış mərasimi zamanı bu xəbər çıxdığı üçün bütün bunu mütləq dayandırmalı idilər. Amma onlar cavabında dedi ki, turnir dayandırılmayacaq. Çünki yarış ayın 16-da deyil, 15-də başlayıb. Mən hətta bunu hansı sözlərlə şərh edəcəyimi bilmirəm.Hesab edirəm ki, FİDE məni turnirə qaytarmalıdır. Bu, ədalətli olacaq. Öz tərəfimdən məndən asılı olan hər şeyi etmişəm. Onlardan xahiş etmişəm, xəbərdarlıq etmişəm, öz mövqeyimiz şahmat ictimaiyyətinə çatdırmışam… Dvorkoviçə necə yazdığını xatırlayıram ki, digər idman yarışları artıq ümumiyyətlə ləğv olunur. Kifayət qədər informasiya var idi ki, nə baş verdiyini başa düşək. Onlardan heç bir cavab hərəkəti olmadı və görün hara gəlib çıxdı”.
Qrossmeyster bildirib ki, hüquqşünaslarla məsləhətləşəcək ki, sonuncular FİDE-nin fəaliyyətini, yazılı məktubları qiymətləndirsin: “Çox məyusam. Başa düşmürəm, bütün bu qarışıqlığı yaratmaq nəyə lazım idi. Ətrafda milyardlıq dövriyyəsi olan tədbirlər ləğv olunursa, bir şahmat turnirini təxirə salmaq çox asan idi. Buna şübhə də yoxdur. Sadəcə bir neçə aydan sonra oynamaq olardı”.
Şahmatçı FİDE-dən düzgün qərar gözləməyə ümid etmədiyini də gizlətməyib: “Hələlik FİDE-dən, həmçinin xəbərlərdən və şərhlərdən eşitdiklərimə əsasən onların düzgün qərar qəbul edəcəyini düşünməyə heç bir əsasım yoxdur. Bəli, indi vəziyyət artıq elədir ki, 9 iştirakçı ilə oynamaq lazım gələcək. Amma hələlik mən başqa çıxış yolu görmürəm. Öncə onlar turniri başlamaqla yanlış qərar qəbul etdi. İndi də bir kəlmə üzr istəmirlər. Sanki hər şey normaldır. Üzrxahlıq – təkcə mənə deyil, bütün şahmat ictimaiyyətinə. Çünki indi baş verən hər şey şahmat üçün xəcalət və rüsvayçılıqdır”.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss