SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ARKADİY DVORKOVİÇ:"TEYMURUN MÜRACİƏTİNDƏ XOŞUMA GƏLMƏYƏN... " EMİL SUTOVSKİY:"RƏCƏBOV DÜZ DAVRANDI..."

Dünən Rusiyanın Yekaterinburq şəhərində keçirilən "İddiaçılar Turnirinin" dayandırlamasından sonra, FİDE prezidenti Arkadiy Dvorkoviç və FİDE-nin digər rəsmiləri bir sıra mətbu orqanlarına müsahibələr verib.

Chess.az xəbər verir ki, TASS agentliyinə müsahibə verən Dvorkoviç Teymur Rəcəbovun məsələsinə toxunmadı. Lakin sonradan verdiyi açıqlamalarda Ali şahmat qurumunun rəhbəri bunu etməyə məcbur oldu

Arkadiy Dvorkoviç (FİDE prezidenti) :"Mən hər zaman hamı ilə dialoqda olmuşam və yaranmış vəziyyəti hər kəslə müzkirə etməy əhazır idim. Amma Teymurun müraciətində xoşuma gəlməyən o oldu ki, onun müraciəti daha çox ultimatuma oxşayırdı. Bu müzakirə etmək istəyinə bənzəmirdi. O bizi seçim qarşısında qoydu, ya siz men deyən kimi edəcəksiniz ya da mən oynamıram. Bunu anlaya bilmirəm. Mən oyunçularla dialoqa açıq idim. Və əgər biz hamımız bir konsensusa gəlsəydik, qərar fərqli ola bilərdi. Amma bir daha qeyd edirəm Rəcəbovun müraciəti müzakirələrə çağırış deyilidi. Ya elə olsun, ya da belə olacaq idi. Təəsüf ki, Teymur "İT"-də iştirak etmədi. Biz yaxın günlərdə və ya həftələrdə onunla əlaqə yaradarıq. Bizim onunla yaxşı münasibətimiz var. Ümid edirik ki, o şahmat dünyasına yenidən dönəcək və turnirlərdə iştirak edəcək". 

FİDE-nin baş direktoru Emil Sutovskiy də Rəcəbovun məsələsində söz açıb:

"Rəcəbovun müraciəti əsasən Koronavirusa yoluxma riski ilə bağlı idi. Təəsüf ki, o bizim turnirdə görəcəyimiz tədbirlər barədə məlumatı dinləmək istəmədi. Əgər o belə ciddi idisə, o yaranmış vəziyyəti digər oyunçularla müzakirə etməli idi. Amma o bunu etmədi. Ondan başqa bizə ondan başqa rəsmi şikayət ünvanlayan olmadı. Əgər kimsə Feysbuk və ya Tviterdə öz narazılığını bildirirsə bu düzgün müraciət forması deyil. Rəcəbov düz davrandı, FİDE-yə rəsmi məktubla müraciət etdi. Amma oyunsonrası müsahibələrdə və ya sosial şəbəkəlrdə paylaşımlara görə biz qərarlar qəbul edə bilmirik. Rəsmi olaraq Rəcəbovdan başqa bizə heç kəs müraciət etməmişdir. Yalnzı Vanq Xao turnirdən əvvəl Rusiyaya gəlmək istəmədiyini bildirmişdir. Amm Xao çox şey deyə bilər. Bu yaxınlarda o Çindən gələn xəbərlər üzüldüyünü qeyd edib. Amma Çin son bir həftə ərzində Koronavirustan ən az əziyyət çək ölkə idi".



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss