SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

MAQNUS KARLSEN: "MƏN OYNAYARDIM"

Dünən Tvitterdə qrossmeysterimiz Teymur Rəcəbovla hazırkı Dünya Çempionu norveçli Maqnus Karlsen arasında kiçik bir gərginlik yaşandı. 

Chess.az şahmatçıların Tvitterdə olan yazışmalarının tərcüməsini sizlərə təqdim edir.

Maqnus Karlsen : Turniri təxirə salmaq düzgün qərar oldu. Bu qərarla razılaşıram. Bəs sən dəqiq oynamaq istəyirdin? Bunu tam anlamıram.

Teymur Rəcəbov: Mən yaranmış vəziyyətlə əlaqədar olaraq turniri ləğv etmələrini yox, təxirə salmaqarını xahiş etmişdim. Düşünürəm ki, FİDE bunu vaxtında etsəydi düzgün qərar qəbul etmiş olardı. Oynamaq istəyirdim.

Maqnus Karlsen : Mənim fikrimi bilmək istəyirsən? Həvəssiz də olsa mən oynayardım. 

Teymur Rəcəbov : Sadəcə dostcasına bir xatırlatma 

                         https://en.chessbase.com/post/magnus-carlsen-drops-out-of-world-chempion-cycle 

Maqnus Karlsen : Karantin çox sıxıcıdır deyəsən? Niyə də norveç dilini öyrənməyəsən!

Qeyd edək ki, Teymurun Maqnusa ünvanladığı Dostcasına  bir xatırlatmada, Maqnus Karlsenin 2010-cu ildə FİDE-yə ünvnladığı məktubun mətnidi. O vaxt 19 yaşlı Karlsen FİDE-yə oxşar səbələr üzündən "İddiaçılar Turnirini" ləğv etməklə bağlı müraciət etmişdir. 


 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss