SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

MAQNUS KARLSEN TURNİR TƏŞKİL EDİR. MÜKFAT 250 000$

Maqnus Karlsenin təşəbbüsü ilə aprelin 18-də mükafat fondu 250 000 dollar olacaq onlayn turnir start götürəcək.

Chess.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanacaq turnirdə 8 şahmatçı mübarizə aparacaq. Oyunlar Chess24.com şahmat platforması üzərindən canlı yayımlanacaq və doqquz dildə canlı şərh olunacaq. Onlayn turnir aprelin 18-dən mayın 3-dək davam edəcək. 
Oyunçular əvvəlcə 7 turdan ibarət bir dövriyəli turnir oynayacaqlar. Hər tur dörd 15 dəqiqə+10 saniyə Rapid partiyalardan ibarət olacaq. Bu oyunlarda şahmatçılar qələbəyə görə 3, heç-heçəyə görə 1, məğlubiyyətə görə isə 0 xal alacaqlar. Qarşılaşma 2:2 bitərsə Armaqedon oynanılacaq (5 və 4 dəqiqə). Armaqedonda qalib gələn şahmatçı 2, məğlub olan isə 1 xal qazanacaq. 7 turdan sonra ilk dörd yeri tutmuş şahmatçı nokaut sistemi ilə final mərhələsini oynayacaqlar.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss