SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

MAQNUS KARLSEN: "KİÇİK BİR SOYUQDƏYMƏ İLƏ QARŞILAŞDIM......" (MÜSAHİBƏ)

Şahmat üzrə hazırki Dünya Çempionu Maqnus Karlsen yerli mətbuata müsahibə verib.

Dünyada Koronavirus pandemiyası yayılır. Səninlə bağlı və ümumiyyətlə Norveçdə vəziyyət necədir?

Xaricdə yoluxmuş insanların ölkəyə qayıdışından sonra bizdə də virusa yoluxanların sayı artmağa başladı. Dövlətimizi vaxtında reaksiya verdi və onlar nəzarət altına alındılar. Özüm əsasən mənzilimdə oluram. Kiçik bir soyuqdəymə ilə qarşılaşdım, amma bunun Koronavirusla heç bir əlaqəsi yoxdur idi.

Dünyada bütün idman yarışları dayandırıldığı bir vaxtda Yekaterinburqda "İddiaçılar Turniri" başladı və yeddi tura qədər davam etdi. Bu barədə fikirlərini bilmək maraqlıdır.

FİDE çətin duruma düşmüşdü. Turnirə start vermək qərarını tənqid etmək düzgün deyil. Bütün təhlükəsizlik tədbirləri görülmüşdür. Bütü oyunçular qələbə uğrunda mübarizə aparmağa hazır idilər. Rusiya uçuşları qadağan edən qədər hər şey normal gedirdi amma o qərar artıq yarışın dayandırılmasına gətirib çıxardı. 

Koronavirusa mümkün yoluxmanı düşünərək oynamaq mümkündürmü? 

Şahmat çox stresli oyundur. Əlbəttə ki, Koronavirus haqda düşünmək stresi daha artırır. Digər tərəfdən vəizyətə uyğunlaşıb oynamaq da xarakter nümunəsidir. Hamı bərabər şərtlər altında idi.

Özünütəcrid zamanı şahmatın vəziyəti necə olacaq?

Düşünürəm ki, şahmat bu dövrlərdə çiçəklənəcək, hər kəs bir ailə kimi onlayn şəkildə şahmat oynamağa dava edə bilər. 

Yəqinki məktəblərin bağlanması nəticəsində bir çox ailələr uşaqlarına şahmat löhfəsi alacaq? 

Ümid edirəm!

Atanızın sizi evdə şahmat oynamağı öyrətdiyi günləri xatırlayırsınızmı?

Bəzən sadəcə hobbim olduğu günləri xatırlayıram. Norveç U-11 çempionatını qazandığım anları ən yaxşı xatirələrimdən biri olaraq qalır.

Leqo parçalarından şahmat fiqurlarına keçmək çətin olmadı ki?

Çətin oldu. Amma düşünürəm ki, Leqo praçaları və coğrafi bilgilərim sayəsində inkişaf etdirdiyim yaddaş mənim şahmatçı kimi yetişməyimdə böyük rol oynadı.

Noyabrda 30 yaşın tamam olacaq. Şahmat aləmində etmədiyin və ya etmək istədiyin nəsə qalıb? Motovasiya ilə bağlı problemin yoxdur ki?

Son 10 il ərzində motivasiya ilə bağlı problemim olmamışdır və yaxın gələcəkdə olacağını düşünmürəm. Hələ öyrəniləsi çox şey var. Motivasiyam başqa şahmatçıları titulumdan uzaq tutmağımdır. 

Yaranmış vəziyyətdə ilin sonuuna planlaşdırılan Dünya Çempionu uğrunda final matçına hazırlıqların necə olacaq?

Daha çox onlayn şəkildə hazırlaşacam.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss