SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

RAUF MƏMMƏDOV ONLAYN SEANS KEÇİRƏCƏK!

Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov Xüsusi Karantin günlərində şahmatsevərlərə gözəl bir sürpriz hazırlayıb.

Rauf Məmmədov :"Əziz şahmatsevərlər! Sizi aprelin 8-i və 9-da saat 14:00-da keçiriləcək Onlayn Seanslara dəvət edirəm. Hər seans 50 dəqiqə davam edəcək və hər seansda cəmi 25 şahmatçı iştirak edə biləcək. Ümid edirəm ki, biz birlikdə çox gözəl və xoş vaxt keçirəcəyik. Evdə qalın, özünüzü qoruyun və yaxınlarınızı qoruyun!".

Beləliklə aprelin 8-i və 9-da Bakı vaxtı ilə saat 14:00-da Rauf Məmmədov Lichess.org şahmat platforması üzərindən Onlayn Seanslar keçirəcək. Hər seans 50 dəqiqə davam edəcək və onların hərəsindıə yalnız 25 şahmatçı iştirak edə biləcək. Qeydiyyat üçün əvvəlcə Lichess.org saytından qeydiyyatdan keçin, daha sonra orada muisback_club a üzv olun və  adınızı, soyadınızı və Lichess-də olan profilinizin nikini  Chess.az-ın Feysbuk səhifəsinin inboxuna göndərin və ilk 25 nəfər Onlayn Seanasda iştirak edə biləcək. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss