Fransada yaşayan azərbaycanlı qrossmeyster Namiq Quliyev "Europe-Echecs" şahmat platformasının təşkil etdiyi Şou Matçda iştirak edəcək.
Chess.az xəbər verir ki, qarşılaşma sabah, mayın 25-də keçiriləcək. Namiq Quliyevin rəqibi isə fransız Roman Eduard olacaq. Matç 8 partiyadan ibarət olacaq (2 rapid, 2 Fişer şahmatı, 2 Blitz və 2 Bullet) və canlı yayımlanacaq.
CANLI YAYIM