SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Püşk yenə Günaydan üz döndərib

Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə qatıldığı "Women's Speed Chess Championship" onlayn şahmat superturnirində yenə də bəxti gətirmədi. 

Təəsüf ki, yarışın ilk iki mərhələsində olduğu kimi, Günay bu dəfə də mübarizəni 1/8 final mərhələsində dayandırmalı oldu. Səbəb isə bəxtsiz püşk. Günay Məmmədzadə nə qədər güclü şahmatçı olsa da, ardıcıl üç dünya nəhənginə qarşı bərabər mübarizə aparacaq qədər deyil. Birinci mərhələdə eks-dünya çempionu rusiyalı  Aleksandra Kostenyuka, daha sonra isə qadınlar arasında dünya reytinq sıralamasının dəyişməz lideri olan Xu Yifan,  ardınca isə hazırki dünya çempionu olan çinli Yu Venyunla qarşılaşan Güny yarışda yaxşı nəticə göstərə bilməsə də, yaxşı təcrübə topladı. Qeyd edək ki, Məmmədzadə üçüncü mərhələdə qadınlar arasında Dünya çempionu Yu Venyunla qarşılaşıb və 2.5:7.5 hesabı ilə məğlub oldu. Yarışın sonuncu. dördüncü mərhələsi  15-19 iyul tarixlərində keçiriləcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss