SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karlsen evdə qaldı, 315 000 dollar qazandı!

Maqnus Karlsen özü təşkil etdiyi və ümumi mükafatı 1 000 000 dollar olan turnirin qalibi oldu.

 Chess.az xəbər verir ki, dünən keçirilən final matçının son oyununda Karlsen ameriaklı rəqibi Xikaru Nakamuranı məğlub etməklə gərgin final qarşılaşmasının ümumi qalibi oldu 4:3.

 Qeyd edək ki, norveçli çempion finala qədər keçirilən "Magnus Carlsen Chess Tour" adlı marafonun dörd mərhələsindən üçünün qalibi olmuşdur. Qazanılan qələbə dünya çempionuna həm də kifayət qədər ciddi pul mükafatını da qazandırdı. Beləliklə Maqnus Karlsen təkçə finaldakı qələbəyə görə 140 000 dollarlıq mükafatın sahibi oldu. Onun ümumi seriya ərzində qazandığı məbləğ isə, 315 000 ABŞ dolları oldu.
Onu da qeyd edək ki, aprel ayında start götürən və dünən başa çatan "Magnus Carlsen Chess Tour" internet üzərindən 10 dildə canlı yayımlanırdı və ümumilikdə 70 milyondan çox tamaşaçı tərəfindən izlənildi. 





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss